Modern.az

Zəlimxan Yaqubun Almaniyaya gedəcəyi tarix məlum olub

Zəlimxan Yaqubun Almaniyaya gedəcəyi tarix məlum olub

21 Aprel 2014, 12:57


“İyun ayının 1-də Almaniyaya gedəcəyəm. Orada həkimlərin müayinəsindən görüşməliyik. Bir həftədən sonra yenidən Bakıya qayıdacağam”.
Bunu Modern.az-a açıqlamasında uzun müddətdir ki, səhhətindən əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub deyib. Böyrək çatışmazlığından əziyyət çəkən və iki ilə yaxındır ki, mütəmadi olaraq Avropaya gedib-gələn xalq şairi hazırda vətəndədir.
O özünü yaxşı hiss etdiyini bildirən şair yoxlanmaq üçün yenidən Almaniyaya gedəcəyini vurğulayıb:
“İndi yaxşıyam. Səhhətim pis deyil. İyun ayının birində Almaniyaya gedəcəyəm. Orada professor həkimlərlə görüşməliyik. Bir həftədən sonra yenidən Bakıya qayıdacağam”.

Elmin Nuri  
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə