Modern.az

Vaqif Bayatlı Odər: “Çarpışıram yavaş-yavaş...”

Vaqif Bayatlı Odər: “Çarpışıram yavaş-yavaş...”

25 Aprel 2014, 11:52


Çağdaş Azərbaycan poeziyasının tanınan simalarından olan Vaqif Bayatlı Odər uzun müddətdir ki, mətbuat və ictimaiyyət arasında gözə dəymir. Son kitabı 2008-ci işıq üzü görən şair uzun müddətdən sonra səhhəti və yaradıcılığı barəsində Modern.az-a açıqlama verib.

Şair görünməməyinin də səbəbini az da olsa, xəstəliklə əlaqəli olduğunu bildirib: “Elə evdəyəm. Çölə-bayıra çox da çıxmıram. Bir az havalar isinsin qoy. Bizik də, xəstəliklə çarpışırıq yavaş-yavaş. Amma gərgin yaradıcı işlə  məşğulam. Elə ən çoxu bu üzdən çox görsənmirəm. Təzə bir kitab üzərində işləyirəm. Bütün gücümü ona vermişəm”.  

Elmin Nuri
 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə