Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi ölkəmizin ən qədim insan məskənlərindəndir. Ölkənin cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Rayonun Mirik kəndi ərazisindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları, Hoçaz kəndindəki mağara məbəd, hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Azıx və Tağlar mağaraları ilə müqayisə edilə biləcək nadir abidələrdəndir. Bununla yanaşı, rayonun ərazisində olan qədim qaya təsvirləri, mağaralar, daş üzərində süjet xarakterli oymalar, qəbirüstü abidələr və kurqanlar, at və qoç fiqurları, həmçinin gildən hazırlanmış müxtəlif bəzək, məişət və digər əşyalar, ərazidəki Ağoğlan qəsri (IX əsr), Dəmrovlu Pir Məbədi ( XI əsr), Məlik-Əjdər türbəsi (XII əsr), Uşaq qalası (XV əsr), Kar kümbəz (XVII əsr), habelə X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcədə çoxsaylı su dəyirmanları və s. kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.
Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr mövcud olub.
Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub.
Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. Laçın sözü “məğrurluq” mənasını bildirir.
Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalıb. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olub, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılıb, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalıb, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşıb.
Modern.az saytı hazırda düşmən işğalında olan Laçının fotolarını təqdim edir. Fotoları şəkilaltı sözlərlə əslən laçınlı olan, Karabakhmedia.az saytının baş redaktoru Ramil Cəbrayıl şərh edib.
Sarı Aşığın abidəsi

Laçın rayonu, Kommunist küçəsi

Ağoğlan məbədi

Tarix Diyarşünaslıq müzeyi

Laçın qəbirsanlığı

Həkəri çayı üzərində körpü

Qayğı qəsəbəsi (işğaldan əvvəl və sonra)

Hüsülü kəndində Həmzə Soltan sarayı

Laçın təbiəti

Seyidlər kəndində qədim körpü

Əhmədli kəndində qədim alban məbədi

Rayon mərkəzində 1941-1945 abidəsi

Güləbird körpüsü

Pircahan kəndində körpü

Ərdəşəvi kəndi

Qarasaqqal sovməəsi

Varazqun məbədi

Bozlu kəndi

Sarı Aşıq məqbərəsinin açılışı

Məlik Əjdər türbəsi

Laçın şəhər 1 saylı məktəbi
Sovet İttifaqi Qəhrəmanı Əvəz Verdiyevin abidəsi

Minkənd İstisu

Minkənd həftəbazarı

Minkənd İstisu

Quşçu kəndində bulaq
