|   Təxminən 14-15 yaşım olar. Bu yaş dövründə siz məni belə, tanıya bilərsiniz. Çox romantik, hər bir gözəl xanıma vurulan cavan oğlan. |     
  |  |   Atamın qanı qaralıb burda, deyəsən pianonu kökləyən naşı idi. Alma yeyərək, gözləyirəm ki, o işini qurtarsın mən məşqə başlayım.  |  |     
  |  |   Ədəbiyyat və tarixi həmişə sevmişəm. Fizika və riyaziyyat fənnlərində isə problemlər yaşamışam, atam da kömək edir.   |  |        
  |  |   Gördüyünüz kimi, uşaq vaxtı da çox "simpatiçni" oğlan olmuşam...   |  |     
  |  |   Atamla Moskvada olarkən. Ata-bala nəsə maraqlı söhbət edirik...  |  |     
  |  |   Burada isə məşq edirəm. Musiqi ilə məşğul olduğum kimi, fiziki məşqlə də məşğul oluram.  |        
  |  |   Bu foto zarafatla çəklilib. Şəklin adı şənbədir. Çünki əlimizi burnumuza bu cür soxanda, deyirlər ki, şənbədir ki, sən belə şey edirsən. Guya ki, şənbə günü belə şey olar.  |  |     
  |  |   Balaca bacımın oğlu Emin. Dayı-bacıoğlu bir arada...    |  |     
  |  |   Anam telefonla danışmağı çox sevirdi. Zarafatla çəkilən fotolardan biri...   |  |     
  |  |   Atam süfrə arxasında...  |       |  |   Nəyisə dərindən düşünürümsə əllərimi bu cür çarpazlamağı xoşlayıram.   |  
      |  |     |   Görkəmli bəstəkar Tofiq Quliyevlə konsert zamanı...    |  |     
  |  |   1968-ci ildə birinci mükafat almağım münasibətilə gözəl xanımlardan biri məni təbrik edir.     |       |  |   Bu bizim ailəmizdir. Atam Şəmsi Bədəlbəyli, sağdan 3-cü anam, əmim Əfrasiyab Bədərbəyli - soldan birinci və xalalarım.  |  |     
  |  |   Qara Qarayevlə dəniz qırağında... Yenə də ortaq marağımız və sevgimiz olan musiqi  haqqında müzakirə edirik.  |  |        
  |  |   1968-ci il, birinci mükafatımı alıram. İlk mükafatım, ilk uğurum...  |  |     
  |   Maestro Niyazi ilə konsertdir. Yaman məğrur dayanmışam... |  |     
  |  |   Maestro Niyazi ilə zarafatlaşırıq...       |  |     |   Mən, bəstəkar Paxmutova və Polad Bülbüloğlu. 1980-ci il.  |       |  |   Məşhur rəssam Elbəy Rzaquliyevlə birgə. Bizim hər ikimiz dövlət mükafatı alırıq...   |       |  |   Çox kədərli bir fotodur. Rafiq Hüseynov, mən, Arif Babayev,Famil Mehdi. Ağdamın axrıncı günləri...   |  |     
  |  |   Polad Bülbüloğlu ilə zarafat edirik. Zarafatımızın nə olduğunu sizə deyə bilmərəm. Çünki bu sirdir. Belə şeyləri açmaq olmaz.  |  |     
  |  |   Almaniyada qızım Dilarə və həyat yoldaşım Nailə xanım. Qızımın adını özüm qoymuşam.     |       |  |   Bu Amerikada  Nyuport festivalı zamanı çəkilmiş bir şəkildir. Qollarımı bu cür açmaqla yəqin ki, "nə gözəldir bu gün, nə gözəldir aləm" demək istəyirmişəm.  |       |    Rəhmətlik Heydər Əliyev deyəsən mənə deyir ki, "sən nə yaman kökəlmisən!"... |     
  |  |   Burada isə Siyavuş Kərimiyə mən nəsə deyirəm. Yadımda deyil, indi özümə də maraqlıdır ki, görəsən əllə-qolla nə deyirəm?   |  |     
  |  |   Rusiyanın mədəniyyət naziri, Polad Bülbüloğlu və mən. Moskvada Azərbaycan günlərini müzakirə edirik.  |  |     
  |  |   Dahiyanə bir duruşla fikirə getmişəm...  |  |     
  |  |   60 illik yubileyimin konsertidir.  Deyəsən razı qalmışam. Çox məmnunluqla gülümsəyirəm.     |  |     
  |  |   60 illiyimdə konsert zamanı...     |  |     
  |  |   Rus şairi, dostum Andrey Dementyev Azərbaycana gəlib, mən orada çıxış edirəm.    |     
  |    |  |   Konsertlərimdən birində... Birdən emosiyalara qapılaram və yalnışlıq olar deyə, diqqətimi yalnız notlara yönəldirəm. Çox gərginəm.  |  |     
  |  |   Dəyərli xatirədir...    |  |     
  |  |   Rostropoviçlə konsertdən...  |  |     
  |  |   Rostropoviçə burada qılınc bağışlayıram. Vuruşmaq döyüşmək, kəsmək mənlik deyil. Amma Rostropoviç vuruşan idi...  |  |     
  |  |   Heydər Əliye Rostropoviçə təqdim olunan qılınca baxır. Deyəsən qılıncın kefiyyətini müzakirə edirik. Kişi yaman baxır…   |  
   |  |     |   Bu da konsertlərin birindən xatirədir. Görünür beynimdə yenə də hansısa bir musiqini analiz edirəm.   |  |     
  |  |   Dirijor Rauf Abdullayevlə konsert zamanı...  |  |     
  |  |   Yazıçı Çingiz Abdullayev çox yaxın dostumdur. Ən çox bəyəndiyim əsəri “Mavi mələklər”dir.   |  |     
  |  |   Türk dünyasının məşhur yazıçısı Oljas Süleymanovla görüşümüzdən bir xatirə şəkli...   |  |     
  |  |   Polad Bülbüloğlunun yubileyi. Oynayırıq.. Mahnının ritmi belədir “rəm dara ray-ray"... Ay Allah, rəqsin adını xatırlamdım.   |  |     
  |  |   Polad məndən daha aktivdir. Poladla mən 5 yaşımdan dostuq. Zarafat deyil…  |  |     
  |  |   Alim də mənim dostumdur. Onunla tez-tez qastrol səfərlərində bir yerdə oluruq. Görünür ikimizin də kefi kökdür..  |  |     
  |  |     Dostum Akif İslamzadə ilə müzakirə aparırıq.  |  |     
  |  |   Murad Adıgözəlzadənin atası Zöhrab Adıgözəlzadə. Gözəl pianoçu. Heyif ki, tez rəhmətə getdi...  |  |     
  |  |   Qəbələdə festivalı zamanı. Murad Adıgözəlzadə, balaca qızı və mən. Fürsətdən istifadə edib təbiətin qoynuna çəklimişik. Gərək fotoda dinamika olsun da..  |       |  |   Vasif Adıgözəlovla qonaqlıqların birindəyik...  |  |     
  |   Tahir Salahovla haradasa bir görüşdür. Tarixi, məkanı dəqiq xatırlamıram. |  |     |     
  |  |   Bu da sevdiyim şəkillərdəndir. Tamara Sinyavskaya, Müslüm Maqomayev, Xuraman Qasımova, Polad Bülbüloğlu və mən. Bu şəkil Filarmoniyada "Bülbül müsabiqəsi" zamanı çəkilib.   |  |     
  |  | Polad Bülbüloğlu, mən və Rusiyanın məşhur jurnalisti Mixail Qusman... |  |      
  |  |   Timuçin Əfəndiyevlə birlikdə Vyanadayıq.   |  |     
  |  |   Dirijor Yaşar İmanov və mən.    |  |     
  |  |   Neft Akademiyasında rektor Siyavuş Qarayevlə görüş.  |  |     
  |  |   Bu şəxs Rusiyanın tanınmış şairi Andrey Dementyevdir. Onun əsgər haqqında bir şeiri var ki, xüsusi ilə sevirəm. Oğlunu itirmiş əsgər anası sənədli filmə baxarkən oğlunu görür. Birdən qışqırır ki, "uzan-uzan, vurarlar səni!". Çox təsirli bir şeirdir. Bu şair Azərbaycanın dostudur. Nizami Gəncəvinin 1990-cı ildə yubileyi olanda heç kim gəlmədi, yalnız o gəldi. Çox etibarlı dostdur.  |  |     
  |  |   Elçin Əfəndiyev və mən.    |  |     
  |  |   Miniatür kitablar muzeyində...  |  |     
  |  |   Burada isə dostum Siyavuş Kərimi ilə birgə...  |    |  |   Qızım Dilarədir. Toy məclisindəyik. O, mənim fəxrimdir.  |  |     
  |  |   Vyanada, Dunay parkı, Uzeyir Hacıbəylinin 125 illik yubileyi. Yanımdaki xanım isə bizim müəlliməmizdir. Gözəl xanımların yanında olmağı həmişə sevirəm...   |         |   Bura Göygöldür. Sözlə ifadə edilməyən anlarım...   |  |       |  |   Məşq zamanı... Görünür məşq zamanı gərgin olmadığım vaxtlar da olur, gülməyə də imkan tapıram...  |  |     
  |  |     Yerli telekanallardan birinə müsahibə verirəm...   |  |     
  |  |     Mərdəkanda kimsəsiz uşaqların orkestri. Biz onlara sposurluq edirik...  |  |         
  |  |     
  |  |   6-cı məktəbdə qızlarla görüş. Qız uşaqlarını çox istəyirəm. Hayıf ki, hələ nəvəm yoxdur. Deyəsən qarşılıqı gülüş paylaşırıq   |  |     
  |  |   Bülbülün büstünün açılış mərasimidir. Cənab Prezident də buradadır. Nitq söyləyirəm...  |    |  |   Prezident "Cazklub"a gəlir. Mən də onu qarşılayıram.   |  |     
  |  |     
  |  |     
  |  |     
  |  |   Modern.az portalı ilə FOTOSÖHBƏT-dən bir neçə məqam.    |  
  |  
  |  
  Modern.az |