Bu gün Milli Məclisin deputatı Fəzail İbrahimlinin doğum günüdür. Onun 75 yaşı tamam olur. Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təsil alıb. Oranı bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.
1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.
İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Ailəlidir, üç övladı var.
Modern.az deputatın 75 illik həyat yoluna həsr olunan fotosöhbəti təqdim edir.

Onda səkkizdə oxuyurdum. Dayandığım yer evimizin qarşısdı.

İnstitutun 1-ci kursunu əla qiymətlə bitirmişdim. O zaman tələbə üçün bundan böyük sevinc nə ola bilərdi?

Namizədlik dissertasiyamı 2 ilə tamamladım.

Əsgərliyi Moskvada keçirmişəm.

Kiçik qardaşim Şakirlə (İndi o, Tibb Univesitetinin Cərrahiyə Kafedrasının professorudu) Xarkovdayıq. Həyatımın bir anını mənasız keçirməmişəm. Amma bu şəklə baxanda o vaxtlar üçün burnumun ucu göynəyir.

Mənə ata adını bəxş edən Sevincim bütöv həyatımın sevincinə çevrilib.

Ailə üzvlərimlə: Sevinc magistrdi, Tural hərbi xidmətdədi, Ülviyyə isə bu il Dillər Universitetinə daxil olub. Yoldaşim ailə qurandan işləməyə imkan tapmadı. Bilrsiniz, məni saxlamaq çox çətindi, bir də mənə elə gəlir ki, ana övladlarına ana adının müqəddəs olduğunu əməli ilə göstərməlidi. Bu mənada mən istəyimə çatmışam.

Böyük qardaşım Cəlairdi. O da Perm Kənd Təsərrüfatı Akademiyasının professorudu. Mən qardaşlarımla həm də çox yaxın dostam. Amma böyük-kiçikliyi həmişə gözləyirik.

Mənim iş yerim, BDU-nun Azərbaycan Tarixi Kafedrası. Bütün həyatım bu kafedra ilə bağlıdı.

Sabir bəylə Məmməd Əmin Rəsulzadənin məzarı önündəyik. Onunla dostluğumuzun təməlini türkçülük qoyub.

“N” saylı hərbi hissənin əsgər mətbəxindəyəm.

Köhnə kişilərin indiki nümayəndəsi Hacı dostlugun əsl sifətini göstərib.

Qars mənə çox doğmadı.

Ailəvi Qubaya istirahətə getmişdik. Şəkildə gördüyünüz bu şəxs sazı imkanı çatdığı qədər dilləndirirdi.

Parlamentin sədri Murtuz Ələsgərov 50 yaşımı təbrik edir. 2001-ci ildən bəri yaman yaşlaşmışam. Gözün baxa-baxa gənclik gedir, saç ağarır...Həyatın qanunudur deyib razılaşmaqdan savayı neynəmək olar.

Brüsseldəyik. NATO-nun tədbirindən sonra bir şəkil də çəkdirdik.

İnsan bəzən o qədər azad olur ki...

Bəzən də gərginlik hakim kəsilir.

Həmkarlarım arasında.

Buxarestdə Heydər Əliyev parkını ziyarət edəndən sonra bir xatirə şəkli də çəkdirdik.

Fəzail İbrahimlinin Milli Məclisdə sədr müavini olduğu zaman.