Modern.az

Binəqədidə iki avtomobil toqquşdu - Yaralı var

Binəqədidə iki avtomobil toqquşdu - Yaralı var

Hadisə

15 Avqust 2021, 11:08

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Modern.az-ın xəbərinə görə, qəza nəticəsində 1977-ci il təvəllüdlü Hüseynov Ramiz Zaur oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat