Modern.az

İki uşaq anası dəm qazından öldü

İki uşaq anası dəm qazından öldü

Hadisə

27 Yanvar 2022, 22:09

Kürdəmirdə bədbəxt hadisə baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Atatürk küçəsində qeydə alınıb.

 

Beləki, 2 uşaq anası, 51 yaşlı rayon sakini İbrahimova Pakizə Bəhlul qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

 

Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat