Modern.az

20 yaşlı qadın dəm qazından ÖLDÜ

20 yaşlı qadın dəm qazından ÖLDÜ

Hadisə

9 Fevral 2022, 22:35

Qusarda 20 yaşlı qadın dəm qazından boğulub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bədişqala kəndində baş verib.

 

Belə ki, 2002-ci il təvəllüdlü İndira Mövlud qızı Balabəyova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. İ.Balabəyova ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat