Modern.az

Şəmkirdə dəhşətli QƏTL: Kişi arvadını və qızını ÖLDÜRDÜ

Şəmkirdə dəhşətli QƏTL: Kişi arvadını və qızını ÖLDÜRDÜ

Hadisə

13 Fevral 2022, 10:58

Şəmkir rayonunda kişi arvadını və azyaşlı övladını qətlə yetirib.

 

Modern.az xəbər verir ki, hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.

 

Belə ki, Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Lalə Həsənovanı və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı bıçaqlayaraq qətlə yetirib.

 

Hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Qətli törətməkdə şübhəli bilinən Elməddin Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

 

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat