Modern.az

Yaşlı kişi tüstüdən boğulub öldü

Yaşlı kişi tüstüdən boğulub öldü

Hadisə

14 Fevral 2022, 21:48

Oğuz rayonunda ahıl kişi tüstüdən boğulub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kərimli kəndində baş verib.

 

Belə ki, həmin kəndin sakini, 1948-ci il təvəllüdlü Tofeq Abdulla oğlu Babayev yaşadığı evdə tüstüdən zəhərlənərək ölüb. T.Babayevi huşsuz vəziyyətdə qonşusu aşkarlayıb.

 

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz Rayon Şöbəsinə təhvil verilib. Məlumata görə, tüstülənmə evdəki odun sobasında baş verib. T.Babayev evdə tək yaşayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat