Modern.az

Kişi ikinci mərtəbədən yıxılıb öldü

Kişi ikinci mərtəbədən yıxılıb öldü

Hadisə

15 Fevral 2022, 20:40

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Məkan" adlı kafedə qeydə alınıb. 

 

Orta yaşlı kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat