Modern.az

Jurnalistin maşınını qarət etdilər

Jurnalistin maşınını qarət etdilər

Hadisə

26 Mart 2022, 22:40

Sumqayıtda maşının şüşələri sındırılaraq, içərisindəki əşyalar oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalist Səbuhi Vaqifoğlu sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, hadisə Sumqayıtın Səməd Vurğun küçəsində yerləşən “Turan” restoranının yaxınlığında baş verib:

 

“Yarım saat sonra restoranın ofisiantı yaxınlaşdı ki, maşını yarıblar. Maşından əl çantası, içərisində təxminən 1500 manat pul, bank kartları, şəxsiyyət, sürücülük vəsiqəsi və digər sənədlər oğurlanıb. Yaxınlıqda kamera da var. Hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat