Modern.az

Kəramət Baş Prokurorluğa niyə çağırılıb? - Rəsmi açıqlama

Kəramət Baş Prokurorluğa niyə çağırılıb? - Rəsmi açıqlama

Hadisə

27 Oktyabr 2022, 19:27

Baş Prokurorluq yazıçı Kəramət Böyükçölün İstintaq İdarəsinə çağırılması ilə bağlı açıqlama yayıb. 

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda deyilir: 

 

"Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.

 

Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

 

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat