Modern.az

Erməni hərbçilər Qarabağda qəza törətdilər - Ölən var

Erməni hərbçilər Qarabağda qəza törətdilər - Ölən var

Hadisə

28 Oktyabr 2022, 14:20

Qarabağda qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə qəza törədiblər. 

 

Modern.az xəbər verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

 

Bildirilib ki, spirtli içki qəbul edən silahlı dəstənin 3 üzvü qəzaya düşüb. Hadisə zamanı onlardan biri ölüb, digərləri isə ağır yaralanıb.

 

Xankəndi şəhərində tibb məntəqəsinə yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?