Modern.az

2 yeniyetməni maşın vurdu 

2 yeniyetməni maşın vurdu 

2 Yanvar 2023, 21:17

Goranboy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

 

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2006-cı il təvəllüdlü Ramil Rzayev və 2005-ci il təvəllüdlü Elgün Musayevi avtomobil vurub.

 

Hər iki piyada müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat