Modern.az

Ər arvadını döyüb xəstəxanalıq etdi

Ər arvadını döyüb xəstəxanalıq etdi

11 Yanvar 2023, 09:04

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1978-ci il təvəllüdlü L.Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır