Modern.az

Yasamalda çoxmərtəbəli binada YANĞIN

Yasamalda çoxmərtəbəli binada YANĞIN

Hadisə

13 Yanvar 2023, 18:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

 

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var