Modern.az

Qanunsuz silah saxlayanlara qarşı ƏMƏLİYYAT

Qanunsuz silah saxlayanlara qarşı ƏMƏLİYYAT

26 Fevral 2023, 17:38

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayət xarakterli hadisələrin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib.

 

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 6 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

 

Həmin silahlar ekspertizaya göndərilib və sahibləri barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi