Modern.az

Tələbə bacılar dəm qazından zəhərləndi

Tələbə bacılar dəm qazından zəhərləndi

27 Mart 2023, 16:56

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

 

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

 

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat