Modern.az

Ağstafada güclü partlayış - ÖLƏNLƏR VAR (YENİLƏNİB)

Ağstafada güclü partlayış - ÖLƏNLƏR VAR (YENİLƏNİB)

Hadisə

22 Aprel 2023, 21:27

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Modern.az-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

Ağstafa rayonunda tikinti materialları sexində partlayış baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Həsənsu kənd ərazisində qeydə alınıb.

 

Ölənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?