Modern.az

ABŞ-da iki helikopter qəzaya düşdü

ABŞ-da iki helikopter qəzaya düşdü

Hadisə

28 Aprel 2023, 07:47

ABŞ-ın Alyaska ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter qəzaya uğrayıb.


Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.


Bildirilib ki, iki "AH-64 Apache" helikopteri Hili yaşayış məntəqəsi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil.


Hadisə yerinə xilasedicilər cəlb olunub. Qəzanın səbəbi araşdırılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?