Modern.az

Çağırışa gedən təcili yardım maşını 22 yaşlı gənci vurdu

Çağırışa gedən təcili yardım maşını 22 yaşlı gənci vurdu

14 İyun 2023, 08:42

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

 

Modern.az-ın məlumatına görə, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü Mikayılov İsa Elçin oğlunu vurub.

 

Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır