Modern.az

Ağdamda 23 yaşlı gənc özünü GÜLLƏLƏDİ

Ağdamda 23 yaşlı gənc özünü GÜLLƏLƏDİ

Hadisə

16 İyun 2023, 07:42

Ağdamda intihar hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Ergi qəsəbəsində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Behbudov Elgiz İsmayıl oğlu ov tüfəngi ilə özünə atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, gənc Ağdam rayon xəstəxanasına çatdırılarkən yolda keçinib.

 

İntiharın səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat