Modern.az

30 yaşlı kişi qətlə yetirildi - Cinayətkar axtarılır

30 yaşlı kişi qətlə yetirildi - Cinayətkar axtarılır

22 Avqust 2023, 08:16

Avqustun 22-da saat 07:00 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətindən tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə