Modern.az

Lənkərandakı qəzada ölən şəxsin adı açıqlandı

Lənkərandakı qəzada ölən şəxsin adı açıqlandı

Hadisə

24 Oktyabr 2023, 20:29

Lənkəran rayon sakini Xaqani Sucayev idarə etdiyi "VAZ 21014" markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı çay yatağına aşıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nəticədə həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə