Modern.az

Bakıda məktəbdən notbuk və proyektor oğurlandı

Bakıda məktəbdən notbuk və proyektor oğurlandı

Hadisə

27 Noyabr 2023, 10:22

Binəqədi rayonunda məktəbdən oğurluq edilib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 22-nə keçən gecə Binəqədi rayonu ərazisindəki orta məktəblərin birindən notbuk və proyektor oğurlanması barədə polisə məlumat daxil olub.

 

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri N.Atayev və əvvəllər məhkum olunmuş F.İdrisov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə