Modern.az

Ağdamda ev yanır

Ağdamda ev yanır

29 Yanvar 2024, 16:46

Ağdam rayonunun İmamqulubəyli kəndinin sakini Hüseynov Sənan Elbrus oğluna məxsus evdə yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb edilib. Hazırda yanğının yayılmasının qarşısı alınır.

 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi