Modern.az

Xızıda istirahət mərkəzində YANĞIN

Xızıda istirahət mərkəzində YANĞIN

Hadisə

30 İyul 2024, 10:16

Xızıda istirahət mərkəzində yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, rayonun Yarımca kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 115 m² olan mansard tipli kottecin yanar konstruksiyaları 45 m² sahədə yanıb.

 

Kottecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə