Modern.az

Avtomobillərdən pul oğurlayan şəxslər saxlanıldı

Avtomobillərdən pul oğurlayan şəxslər saxlanıldı

2 Avqust 2024, 11:12

Nərimanov rayonu ərazisində “Hyundai” və “Volkswagen” markalı avtomobildən mobil telefonlar, içərisində bank kartları və sənədlər olan pul kisəsi, həmçinin 1100 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən T.Mehdiyev və N.Əsgərov müəyyən olunaraq saxlanılıblar.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı