Modern.az

Heydər Əliyev prospektində ölümlə nəticələnən QƏZA

Heydər Əliyev prospektində ölümlə nəticələnən QƏZA

Hadisə

19 Mart 2026, 08:15

Bakının Heydər Əliyev prospekti ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Hadisə yerinə dərhal dövlət yol polisi əməkdaşları cəlb olunub.

Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?