Modern.az

Bir həftə əvvəl qəzaya düşən yaşlı qadın öldü

Bir həftə əvvəl qəzaya düşən yaşlı qadın öldü

1 Noyabr 2024, 09:20

Ağdaşda yol qəzasına düşən 80 yaşlı qadın 7 gün sonra ölüb.

Modern.az xəbər verir ki, oktyabrın 24-də Nəvai Nəsibzadə idarə etdiyi "VAZ 21 06" markalı avtomobili işıq dirəyinə çırpıb. Nəticədə avtomobildə olan 1944-cü il təvəllüdlü Vəfa Nəsibova xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq ahıl qadın ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə