Modern.az

Şəkidə yanğın

Şəkidə yanğın

Hadisə

25 İyul 2025, 09:30

Şəki şəhərinin Aşağı Göynük kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılan 9 ton ot bağlaması və 200 kiloqram taxıl yanıb.

Modern.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, taxılın və ot bağlamalarının qalan hissəsi, bitişik tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!