Modern.az

Sabunçuda YANĞIN

Sabunçuda YANĞIN

Hadisə

7 Sentyabr 2025, 18:27

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Köməkçi tikilinin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?