Modern.az

Küçədə atasını söydü: həbs edildi

Küçədə atasını söydü: həbs edildi

Hadisə

13 Sentyabr 2025, 09:54

Balakəndə atasını küçədə nalayiq ifadələrlə təhqir edən şəxs məhkəmə tərəfindən inzibati qaydada həbs olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Tülü kəndində baş verib.

1983-cü il təvəllüdlü kənd sakini A.Xəlilov sərxoş vəziyyətdə atasına küçənin ortasında söyüşlər söyərək ictimai qaydanı pozub. O, bundan sonra evdə də münaqişə yaradıb.

Polisə şikayətdən sonra sözügedən şəxs saxlanılıb və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə görə onun sərxoş olduğu müəyyən edilib.

Balakən Rayon Məhkəməsinin qərarı ilə kənd sakini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasında 5 gün müddətinə inzibati həbs cəzası alıb.

Elnur Əmirov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə