Modern.az

Qızılağac Milli Parkındakı yanğın tam söndürüldü - YENİLƏNİB

Qızılağac Milli Parkındakı yanğın tam söndürüldü - YENİLƏNİB

Hadisə

13 Sentyabr 2025, 12:30

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğının daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Modern.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Yanğın nəticəsində 10 hektar sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb. Qızılağac Milli Parkının qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.

***

10:19

Qızılağac Milli Parkının ərazisində yanğın qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. İlkin məlumatlara əsasən, yanğın təqribən 10 hektara yaxın ərazini əhatə edir.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar hərəkətə keçib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin Masallı və Lənkəran rayonlarından texnikaları, həmçinin canlı qüvvələri əraziyə cəlb olunub.

Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün hazırda intensiv işlər görülür.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə