Modern.az

Naxçıvanda KİA aşdı - 2 nəfər yaralandı

Naxçıvanda KİA aşdı - 2 nəfər yaralandı

Hadisə

15 Sentyabr 2025, 00:59

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzada sürücü, 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və sərnişin, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır