Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, xəbər verir ki, hadisə sentyabrın 16-da Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə XI sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.