Modern.az

Məlahət İbrahimqızıdan haqqında yayılan xəbərə reaksiya

Məlahət İbrahimqızıdan haqqında yayılan xəbərə reaksiya

16 Sentyabr 2025, 15:22

Milli Məclisin deputatı Məlahət İbrahimqızının yıxıldığı və ayağının sındığı barədə xəbərlər yayılıb. 

Modern.az məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb. M.İbrahimqızı bəzi saytların yaydığı məlumatı təkzib edib. 

"Bu, köhnə xəbərdir. Mənim sağlamlığım yerindədir, heç bir problemim də yoxdur. Hər gün də sizinlə danışıram, nəsə olsaydı bilərdiniz" - deyə o bildirib. 

Qeyd edək ki, Məlahət İbrahimqızının ayağının sınması barədə xəbəri "manset.az" saytı yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır