Modern.az

Bağçada uşaq xəsarət aldı

Bağçada uşaq xəsarət aldı

Hadisə

17 Sentyabr 2025, 14:18

Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

Modern.az xəbər verir ki, müəssisədən “Azərbaycan müəllimi”nə bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.

Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

Azyaşlı səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib. O, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi