Modern.az

Bakıda ağır yol qəzası - Ölən var

Bakıda ağır yol qəzası - Ölən var

19 Sentyabr 2025, 07:40

Sabunçu rayonu, Zabrat şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, “Ford” markalı avtomobil “KamAZ”la toqquşub.

Qəza nəticəsində “Ford”un sürücüsü həyatını itirib.

Hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!