Modern.az

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

Hadisə

19 Sentyabr 2025, 09:16

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Lənkəran - Lerik magistralında, Lənkəran rayonun Şovu kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və onun qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!