Modern.az

Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB

Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB

Hadisə

20 Sentyabr 2025, 17:52

Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəzaya düşüb.

Modern.az xəbər verir ki, "Report"un məlumatına görə, qəza nəticəsində avtobusun sürücüsü və 15 sərnişin xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb.

***

Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.

Modern.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?