Oğuzda piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
Modern.az xəbər verir ki, qəza zamanı ölən piyada rayonun Baş Daşağıl kənd sakini 43 yaşlı Sadəddin Bahadur oğlu Abdulhəmidovdur.
Əldə olunan məlumata görə, S. Abdulhəmidov yolu keçmək istəyən zaman hələki istintaqa nəməlum avtomobil tərəfindən vurulub. Hadisədən sonra sürücü idarə etdiyi avtomobillə birlikdə ərazidən uzaqlaşıb.
DİN-nin Mətbuat Xidmətinin Şəki Regional qrupundan isə bildirilib ki, polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.(Mənbə APA)