Modern.az

"Gizir Xanı" minaya düşərək həlak oldu - RƏSMİ AÇIQLAMA

"Gizir Xanı" minaya düşərək həlak oldu - RƏSMİ AÇIQLAMA

Hadisə

23 Sentyabr 2025, 19:52

Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd olunub ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.

Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

19:01

Ağdamın Mirəşelli kəndində mina hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə nəticəsində ehtiyatda olan gizir Səyyaf Əhmədov həyatın itirib.

Hazırda S.Əhmədovun nəşinin götürülməsi üçün işlər aparılır.

Qeyd edək ki, kəşfiyyatçı olmuş Səyyaf Əhmədov "Gizir Xanı" ləqəbi ilə tanınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus kəşfiyyatının MƏXFİ SƏNƏDİ - Bu ölkəni işğal edək