Modern.az

Sünnət toyunda kütləvi zəhərlənmə - 15 nəfər

Sünnət toyunda kütləvi zəhərlənmə - 15 nəfər

Hadisə

24 Sentyabr 2025, 18:27

İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birlikdə araşdırmalara başlanılıb.

Modern.az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, ilkin araşdırma zamanı hadisənin rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verdiyi məlum olub.

Hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək müvafiq müayinələr aparılır.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəyi qeyd olunub.

AQTA bir daha ev şəraitində hazırlanan qidaların istehlaka təqdim edilməsi zamanı saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.

***

17:31

İmişlidə kütləvi zəhərlənmə hadisəsi baş verib.

Modern.az xəbər verir ki, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.

Onlara ilkin tibbi yardım göstərilir.

Xəstəxanaya daxil olan şəxslərin eyni toyda iştirak etdiyi bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır