Modern.az

Bakıda balta ilə “rent a car”a hücum edən şəxs psixi xəstə imiş

Bakıda balta ilə “rent a car”a hücum edən şəxs psixi xəstə imiş

Hadisə

25 Sentyabr 2025, 09:40

Bakıda avtomobil icarəsi ofisində baş verən dəhşətli hücumla bağlı məhkəmə qərarı elan olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Hadisə 2024-cü ilin dekabrında Nizami rayonunda, “Ruslan 93” marketin 3-cü mərtəbəsində yerləşən ofisdə baş verib.

1989-cu il təvəllüdlü Sahib adlı şəxs “Instagram”da gördüyü elan səbəbindən əsəbləşərək avtomobil icarəsi ofisinə gedib. O, öncədən özü ilə götürdüyü baltayla işçilərə hücum edib.

Təqsirləndirilən şəxs ofisə girərək Həsən adlı gənc işçiyə baş nahiyəsindən bir neçə dəfə balta zərbəsi vurub. Ağır xəsarətlər alan Həsənin həyatını yalnız vaxtında göstərilən tibbi yardım xilas edib. Digər işçi Valeh isə həm qolundan, həm də üzündən yaralanıb.

Məhkəmədə məlum olub ki, Sahib uzun müddətdir psixi xəstəlikdən, “paranoid şizofreniya”dan əziyyət çəkirmiş və anlaqsız vəziyyətdə bu əməli törədib.

Ekspertizalar onun həm cinayət vaxtı, həm də hazırda psixi vəziyyətinə görə hərəkətlərinə cavab verə bilmədiyini təsdiqləyib.

Hakimlərin qərarına əsasən, o, cinayət məsuliyyətindən azad olunub və ümumi tipli psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilib. Hadisədə istifadə olunan balta isə məhv ediləcək.

Elnur Əmirov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır