Modern.az

Xankəndidə ev yandı

Xankəndidə ev yandı

Hadisə

26 Sentyabr 2025, 12:08

Xankəndi şəhərində evdə başlayan yanğının genişlənməsinin qarşısı alınıb.

Modern.az xəbər verir ki, yanğın hadisəsi şəhər ərazisində yaşayış olmayan evlərdən birində qeydə alınıb.

Ərazidəki tikililər yaxın olduğu üçün yanğının ətrafa yayılma riski böyük olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Xankəndi şəhər yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ELAN EDİLDİ - Rusiyanı vuracaq! - NATO müharibəyə qoşulur