Goranboyda yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə Gəncə-Goranboy yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai" ilə "Naz Lifan" markalı minik maşınları toqquşub.
Qəza zamanı 1995-ci il təvəllüdlü C. Hüseynov, 2000-ci il təvəllüdlü Ə. Əhmədov və Gəncə şəhər sakini A. Əhmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəstəxanada tibbi müayinə edildikdən sonra onlar evə buraxılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.