Samuxda minik maşını ağaca çırpılıb.
Modern.az-a məlumatına görə, hadisə rayonun Seyidlər kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə minik maşını yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1997-ci il təvəllüdlü O.Şəfiyev və 2003-cü il təvəllüdlü M.Musayeva xəsarət alaraq xəstəxanaya yerləşdriliblər, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumta görə, qəzada xəsarət alan O.Şəfiyev Vətən mühirəbəsi şəhidi Daşqın Şəfiyevin qardaşıdır.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.