Modern.az

Yerdə güclü maqnit qasırğası başlayıb

Yerdə güclü maqnit qasırğası başlayıb

Hadisə

30 Sentyabr 2025, 12:41

Yer kürəsində son üç ayın ən güclü G3+ kateqoriyalı maqnit qasırğası başlayıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.

"Geomaqnit dalğalanmalarında kəskin artım qeydə alınır. Son ölçmələrə görə, geomaqnit aktivlik indeksi Kp 7.33-ə yüksəlib ki, bu da 5 ballıq şkala üzrə G3+ maqnit qasırğasına uyğundur", - deyə Boqaçov qeyd edib.

O əlavə edib ki, oxşar hal sonuncu dəfə bu il iyunun 1-də, birbaşa Günəş protuberansının Yer kürəsinə vurması zaman müşahidə edilib. O əlavə edib ki, günəş aktivliyinin artması Yerə yaxın kosmosda vəziyyəti xeyli çətinləşdirməkdə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün DƏHŞƏTLİ MƏNZƏRƏ - İtkiləri 1 milyonu keçdi, yaralılar isə...